Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Müraciətlər, əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.
Bu cür hallarla mübarizə məqsədilə SOCAR tərəfindən hazırlanmış və ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyan müraciəti 3 dildə diqqətinizə çatdırırıq.