Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Rusiya Federasiyası


"SOCAR RUS" MMC, Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq 2013-cü ildə təsis edilib. 2016-cı ildən şirkət neft, neft-kimya məhsulları və mayeləşdirilmiş neft qazı (LPG) üzrə birja hərraclarında iştirak etmək hüququna malik olmaq üçün Sankt-Peterburq birjasında akkreditasiya alıb. 2017-ci ildə artıq birjanın fəal iştirakçısına çevrilən SOCAR-ın Rusiyadakı törəmə şirkəti azsıxlıqlı polietilenin (ASPE) satışına başlayıb. Belə ki, həmin ilin aprel ayının 7-dən etibarən, "SOCAR RUS" "Azərikimya" İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı ASPE satışlarını həyata keçirməkdədir. 2019-ci ildən bəri şirkət “SOCAR Polymer”-in istehsal etidiyi polipropilenyüksək sıxlıqlı polietileni də Rusiya bazarında satışa çıxartmağa başlayıb. Məhsul Rusiyaya yük maşınları, dəniz və dəmir yolları ilə çatdırılır.

Əlavə olaraq, şirkət neft, mayeləşdirilmiş qaz, nafta və digər xammalın ticarətini yerli bazarda həyata keçirir. Neft-kimya məhsullarından isə etilen benzol fraksiyası, alüminium xlorid, etilen qlikol, müxtəlif spirtlər, mineral və sintetik neft yağları, benzin, kerosin, aviasiya yanacağı, mazut və digər məhsulları istənilən miqdarda və vaxtı-vaxtında müştərilərinə çatdırmaq imkanına malikdir.