Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


29/05/2024

29 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub, xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.