Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti Pakistanın özəlləşdirmə, nəqliyyat və investisiya naziri ilə görüşüb


01/02/2025

SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı SOCAR ilə Pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.