Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti Sloveniyanın “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətlərinin rəhbərləri ilə görüşüb


06/02/2025

SOCAR-ın prezidenti Rövşən Nəcəf Sloveniyanın “Petrol d.d.” şirkətinin İdarə Heyətinin sədri Saso Berger və “Geoplin d.o.o.” şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşüb.

Görüşdə SOCAR ilə “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.