Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçiriləcək “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışmasına dair


25/07/2022

ELAN

-

09-11 sentyabr 2022-ci il tarixlərində Bakı Ali Neft Məktəbində SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək.Məqsəd: Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.

Kateqoriyalar:
- Enerji və əşyaların interneti;
- Enerji və süni intellekt;
- Enerji və rəqəmsal iqtisadiyyat.

Mükafat fondu: 11 000 manat
- 1-ci yer 5000 manat;
- 2-ci yer 3000 manat;
- 3-cü yer 2000 manat;
- 2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə)

Qeydiyyat üzrə son tarix: 20 avqust 2022-ci il

Hakatonda iştirak üçün şərtlər:
- Yaş: 18-40;
- İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər;
- Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;
- Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;
- Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər;
- İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar;
- İştirakçılardan COVİD-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.

Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.