Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Azərbaycanın neft tarixi

Azərbaycanın neft tarixi

VIII əsr

Ərəb tarixçisi Əbu-İshaq-əl-İstəhri məlumat verib ki, bakılılar odun olmadığı zamanlarda istilik üçün torpağa hopmuş neftdən istifadə ediblər.

Azərbaycanın neft tarixi

X əsr

Ərəb tarixçisi və səyyahı Əhməd əl-Belaruri yazırdı ki, Abşeronda qədim dövrlərdən bəri iqtisadi həyat neftlə əlaqəli olub.

Azərbaycanın neft tarixi

XIII-XIV əsrlər

Avropalı səyyah Marko Polo Abşeron neftinin Yaxın Şərqə ixrac olunduğunu və neftin işıqlandırma, eləcə də müalicə məqsədləri üçün istifadə edildiyini yazıb.

Azərbaycanın neft tarixi

1594

Balaxanıda aşkar edilmiş daş üzərində yazıda 35 metr dərinliyi olan neft quyusunun usta Allahyar Məmmədnur tərəfindən qazıldığı göstərilib.

Azərbaycanın neft tarixi

1647

Türk səyyahı Evliya Çələbi “Səyahətnamə” əsərində Bakı neftinin İran, Orta Asiya, Türkiyə və Hindistana ixrac olunmasından bəhs edib.

Azərbaycanın neft tarixi

1683

Alman səyyahı, həkim və təbiətşünas Egelbert Kempfer Abşeron yarımadasında olub, Balaxanı, Binəqədi, Suraxanı kəndlərində neft yataqları haqqında məlumat verib.

Azərbaycanın neft tarixi

1739

İ.V.Veytbrextin Abşeron nefti haqqında məlumatların toplandığı “Neft haqqında” adlı əsəri çapdan çıxıb.

Azərbaycanın neft tarixi

1837

Balaxanıda Nikolay Voskoboynikovun nefti sənaye üsulu ilə emal edən qurğusu işə düşüb. Dünyada ilk dəfə bu qurğu vasitəsilə neftin su buxarıyla birlikdə distilləsi üsulu tətbiq edilib, neft isə təbii qazın yandırılması vasitəsilə qızdırılıb.

Azərbaycanın neft tarixi

1846

Bakının Bibiheybət kəndində Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü Vasiliy Semyonovun təklifi ilə, Bakı neft mədənlərinin direktoru Alekseyevin rəhbərliyi altında, dünyada sənaye üsulu ilə ilk quyunun qazılmasına başlanıb və 21 metr dərinliyində quyudan neft əldə edilib. ABŞ-da bu hadisə 13 il sonra baş verib.

Azərbaycanın neft tarixi

1863

Bakılı mexanik Cavad Məlikov dünyada ilk dəfə soyuducuların istifadə olunduğu kerosin zavodunu inşa edib.

Azərbaycanın neft tarixi

1863-1872

Bakıda neft hasilatı 395.470 puddan 1.536.000 puda qədər artırılıb. Hasil olunan neft və istehsal edilən neft məhsulları Rusiyanın Moskva, Sankt-Peterburq kimi böyük şəhərlərinə göndərilib.

Azərbaycanın neft tarixi

1875

Azərbaycanda neft işində Nobel qardaşları – Robert, Lüdviq, Alfred fəaliyyətə başlayıb. Bakıda əsasən Lüdviq, onun ölümündən sonra isə oğlu Emanuel geniş fəaliyyət göstərib.

Azərbaycanın neft tarixi

1877

Lüdviq Nobelin sifarişi ilə İsveçin Motala şəhərində dünyada ilk neft daşıyan “Zoroastr” (Zərdüşt) polad gövdəli buxar gəmisi tikilib.

Azərbaycanın neft tarixi

1878

Nobel qardaşları tərəfindən Rusiya imperiyasında ilk olaraq Balaxanıdan Qara şəhərə qədər neft kəməri çəkilib. Uzunluğu 9 km, diametri 7,62 sm olan bu kəmər Balaxanıdakı neft mədənlərini Qara şəhərlə birləşdirib.

Azərbaycanın neft tarixi

1881

“Nobel qardaşları” şirkəti tərəfindən dünyada ilk dəfə neftin və neft məhsullarının dəmir yolu sisternlərində daşınmasına başlanıb.

Azərbaycanın neft tarixi

1883

May ayında Zaqafqaziya dəmir yolunun Bakı-Batum xətti işə salınıb.

Azərbaycanın neft tarixi

1895

Neft milyonçusu Murtuza Muxtarov ixtira etdiyi metal ştanqlarla zərbəli qazma dəzgahını 1100 metrlik neft quyularının qazılmasında tətbiq edib və patent alıb. Sonra bu dəzgah qazma işində geniş tətbiq olunub.

Azərbaycanın neft tarixi

1895

Neft milyonçusu Şəmsi Əsədullayev neftin Bakıdan buxar gəmiləri ilə daşınmasına və boru kəmərləri ilə nəqlinə müvəffəq olub.

Azərbaycanın neft tarixi

1899-1901

Hasil olunmuş neftin mütləq miqdarına görə Bakı neft sənayesi dünyada birinci yerə çıxıb. Bu illər ərzində Bakı Rusiya neftinin 95%-ni, dünya neft hasilatının isə yarısını qarşılayıb.

Azərbaycanın neft tarixi

1907

Azərbaycanın neft milyonçuları - Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev uzunluğu 829 verst (1 verst 1070 metrə yaxındır) olan 800 min ton ötürücülük gücünə malik Trans-Qafqaz boru kəmərini çəkdirərək, onu 1907-ci ilin iyul ayında istismara verdiriblər. Boru kəmərinin təntənəli açılışı həmin il iyulun 24-də Tiflisdə keçirilib.

Azərbaycanın neft tarixi

1920

Azərbaycan neft sənayesinin milliləşdirilməsi məqsədilə Azərbaycan Neft Komitəsi “Azneftkom” yaradılıb. Bir neçə ay sonra isə “Azərneft” - Azərbaycan Dövlət Neft Sənayesi Birliyi (“Trest”) ilə əvəz olunub.

Azərbaycanın neft tarixi

1941-1945

Müharibənin ilk ilində Azərbaycan cəbhəyə 23,5 milyon ton neft göndərib. Ümumilikdə, Böyük Vətən Müharibəsi (1941-1945) illərində hərbi ehtiyaclar üçün 75 milyon ton Bakı nefti istifadə olunub. Cəbhəyə təyyarə benzininin 90%-ni Bakı zavodları verib.

Azərbaycanın neft tarixi

1949

Neft Daşlarında dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakadalar üzərində dəniz mədəni tikilib. Həmin il noyabrın 7-də mədəndə 1 nömrəli quyunun istifadəyə verilməsi ilə dənizdə neft hasilatının əsası qoyulub.

Azərbaycanın neft tarixi

1953

SSRİ Neft Sənayesi Nazirliyinin 29 iyul tarixli əmri ilə Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı Neftayırma Zavodu) yaradılıb. İlk qurğu - neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu 1976-cı ildə istismara verilib.

Azərbaycanın neft tarixi

1954

Zəngin “Qaradağ” neft və qaz yatağının sənaye istismarına başlanılıb. Bununla da, respublikada qaz sənayesinin əsası qoyulub.

Azərbaycanın neft tarixi

1969-1982

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft və qaz sənayesinin dinamik inkişafı üçün də əsaslı addımlar atılıb.

Azərbaycanın neft tarixi

1971

Azərbaycanda 1 milyardıncı ton neft hasil edilib.

Azərbaycanın neft tarixi

1984

Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı Dərin Özüllər Zavodu istismara verilib.

Azərbaycanın neft tarixi

1991

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 1991-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni yaradılıb.

Azərbaycanın neft tarixi

1992

Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "Azərneftkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaradılıb.

Azərbaycanın neft tarixi

1994

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib.

Azərbaycanın neft tarixi

1994

Dekabrın 12-də “Əsrin müqaviləsi” Azərbaycan parlamentində ratifikasiya olunub.

Azərbaycanın neft tarixi

1995

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb.

Azərbaycanın neft tarixi

1996

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanıb, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.

Azərbaycanın neft tarixi

1997

Noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edilib.

Azərbaycanın neft tarixi

1997

Səngəçal terminalının İlkin Neft Layihəsi fəaliyyətə başlayıb.

Azərbaycanın neft tarixi

1997

Bakı-Novorossiysk Şimal ixrac boru kəməri istismara verilib.

Azərbaycanın neft tarixi

1998

“İstiqlal” yarımdalma qazma qurğusu istifadəyə verilib.

Azərbaycanın neft tarixi

1998

Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə bağlı müqavilə imzalanıb.

Azərbaycanın neft tarixi

1999

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı kəşf olunub.

Azərbaycanın neft tarixi

1999

"Əsrin müqaviləsi"nin imzalanmasının 5 illiyi qeyd olunub.

Azərbaycanın neft tarixi

1999

Bakı-Supsa neft kəməri istismara verilib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.

Azərbaycanın neft tarixi

1999

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb.

Azərbaycanın neft tarixi

2001

"Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 1 təsdiq edilib.

Azərbaycanın neft tarixi

2001

Ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli 558 saylı Fərmanı ilə ölkəmizdə 20 sentyabr "Neftçilər Günü" peşə bayramı təsis edilib.

Azərbaycanın neft tarixi

2002

"Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 2 təsdiq edilib.

Azərbaycanın neft tarixi

2002

Sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub.

Azərbaycanın neft tarixi

2003

"Şahdəniz" yatağının işlənməsi üzrə Mərhələ 1 layihəsi təsdiq edilib.

Azərbaycanın neft tarixi

2004

"Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 3 təsdiq edilib.

Azərbaycanın neft tarixi

2004

Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanıb.

Azərbaycanın neft tarixi

2005

Mayın 25-də Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirilib.

Azərbaycanın neft tarixi

2005

Fevralın 13-dən "Azəri Faza 1" layihəsi üzrə “Mərkəzi Azəri” yatağından neft hasilatına başlanıb.

Azərbaycanın neft tarixi

2006

Yanvar ayından "Azəri Faza 2" layihəsi üzrə “Qərbi Azəri” yatağından neft hasilatına başlanıb.

Azərbaycanın neft tarixi

2006

Oktyabr ayından "Azəri Faza 2" layihəsi üzrə “Şərqi Azəri” yatağında neft hasilatına başlanıb.

Azərbaycanın neft tarixi

2006

Cənubi Qafqaz Boru Kəmərindən ilk qaz vurulub.

Azərbaycanın neft tarixi

2006

Mayın 28-də Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına çatıb.

Azərbaycanın neft tarixi

2006

İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilib.

Azərbaycanın neft tarixi

2007

"Şahdəniz" yatağından Türkiyəyə qazın ilk nəqli həyata keçirilib.

Azərbaycanın neft tarixi

2008

"Günəşli" yatağının dərinsulu hissəsindən ilk neft hasil olunub.

Azərbaycanın neft tarixi

2008

SOCAR "Petkim" neft-kimya kompleksinin 51%-lik səhmini satın alaraq Türkiyə bazarına daxil olub.

Azərbaycanın neft tarixi

2009

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tutumu gündəlik 1,2 milyon barrelə qədər artırılıb.

Azərbaycanın neft tarixi

2010

“Çıraq” neft layihəsi təsdiq edilib.

Azərbaycanın neft tarixi

2010

“Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2031-ci ildən 2036-cı ilədək uzadılması haqqında sənəd imzalanıb.

Azərbaycanın neft tarixi

2010

Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1 milyardıncı barrel neft daşınıb.

Azərbaycanın neft tarixi

2010

2009-cu ildə SOCAR Xəzərin Azərbaycan sektorunda, "Ümid" strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlayıb və 2010-cu ilin noyabrında "Ümid" qaz-kondensat yatağı kəşf edilib. Bu, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra SOCAR-ın öz imkanları ilə kəşf olunan ilk yataqdır.

Azərbaycanın neft tarixi

2011

Avropa Komissiyası və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb.

Azərbaycanın neft tarixi

2011

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində “STAR” neft emalı zavodunun təməli qoyulub.

Azərbaycanın neft tarixi

2011

SOCAR Karbamid zavodunun təməli qoyulub.

Azərbaycanın neft tarixi

2012

İyunun 26-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Trans-Anadolu qaz boru kəməri” (TANAP) layihəsi üzrə sənədlərin imzalanması mərasimi keçirilib.

Azərbaycanın neft tarixi

2013

Qafqazda ilk və yeganə olan Metanol zavodu istismara verilib.

Azərbaycanın neft tarixi

2013

“Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində yekun investisiya qərarı alıb.

Azərbaycanın neft tarixi

2013

“Şahdəniz” yatağından hasil olunan qazın Avropaya ixrac marşurutu kimi Trans-Adriatik boru kəməri (TAP) marşrutu seçilib.

Azərbaycanın neft tarixi

2014

“Qərbi Çıraq” platformasından neftin hasilatı başlanıb.

Azərbaycanın neft tarixi

2015

Türkiyənin Qars şəhərində TANAP boru kəmərinin təməli qoyulub.

Azərbaycanın neft tarixi

2016

Sentyabrın 20-də SOCAR tərəfindən ilk dəfə istiqrazlar satışa çıxarılıb.

Azərbaycanın neft tarixi

2017

SOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings” Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, "A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” şirkətini satın alıb.

Azərbaycanın neft tarixi

2017

Sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında sənədə düzəliş edilib və yenidən işlənmiş Saziş imzalanıb. 2049-cu ilin sonunadək uzadılmış yeni Sazişə əsasən, bp fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11,65%-dən 25%-ə qaldırılır, mənfəət neftinin isə 75%-i Azərbaycana çatır.

Azərbaycanın neft tarixi

2017

Heydər Əliyev adına 6-cı nəsil Yarımdalma üzən qazma qurğusu istismara verilib.

Azərbaycanın neft tarixi

2017

Noyabrın 8-də Azərbaycanda 2 milyardıncı ton neft hasil edilib.

Azərbaycanın neft tarixi

2017

“Petkim” Külək Elektrik Stansiyası istismara verilib.

Azərbaycanın neft tarixi

2018

Mayın 29-da Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycanın neft tarixi

2018

İyunun 12-də TANAP boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan birinci hissəsi istifadəyə verilib.

Azərbaycanın neft tarixi

2018

İyunun 30-da “Şahdəniz-2” layihəsi çərçivəsində TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanıb.

Azərbaycanın neft tarixi

2018

İyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində Polipropilen (PP) zavodu istismara verilib.

Azərbaycanın neft tarixi

2018

Oktyabın 19-da SOCAR-ın Türkiyədə ən böyük investisiya layihəsi - “STAR” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Azərbaycanın neft tarixi

2018

Dekabrın 24-də “Bulla-dəniz” yatağında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş yeni 12 saylı stasionar dəniz özülü istismara verilib.

Azərbaycanın neft tarixi

2019

Yanvarın 16-da Azərbaycanda kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafına töhfə verən “SOCAR Karbamid” zavodu istismara verilib.

Azərbaycanın neft tarixi

2019

Fevralın 2-də “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodu (YSPE) istismara verilib.

Azərbaycanın neft tarixi

2019

Mart ayından səhmlərinin 70%-i “Petkim”ə məxsus olan Petlim Konteyner Limanının idarəçiliyi APMT-dən "SOCAR Türkiyə"yə keçdikdən sonra liman “SOCAR Terminal” kimi fəaliyyət göstərməyə başlayıb.

Azərbaycanın neft tarixi

2019

Noyabrın 30-da TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib.

Azərbaycanın neft tarixi

2020

Martın 19-da SOCAR və "Equinor" şirkətləri “Qarabağ” neft yatağının kəşf olunduğunu təsdiq ediblər. “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb.

Azərbaycanın neft tarixi

2020

Martın 20-də Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu bp şirkətindən SOCAR-a keçib.

Azərbaycanın neft tarixi

2020

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı olub.

Azərbaycanın neft tarixi

2020

Avqustun 10-da “Qarabağ” dayaq bloku dənizə yola salınıb.

Azərbaycanın neft tarixi

2020

Sentyabrın 19-da “Abşeron” yatağının dəniz işlərinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycanın neft tarixi

2020

Dekabrın 31-də TAP boru kəmərinin istismara verilməsi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlanıb və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edilib.

Azərbaycanın neft tarixi

2021

“Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub.

Azərbaycanın neft tarixi

2021

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.

Azərbaycanın neft tarixi

2021

Sentyabrın 5-də Ağdam şəhərində “SOCAR” brendli modul tipli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib.

Azərbaycanın neft tarixi

2021

Sentyabrın 20-də SOCAR tərəfindən daxili bazar üçün ikinci dəfə istiqrazlar buraxılıb.

Azərbaycanın neft tarixi

2021

Dekabrın 20-də Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində SOCAR-ın yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Azərbaycanın neft tarixi

2022

Sentyabrın 21-də Xocavənd rayonunun Hadrut qəsəbəsində SOCAR-ın yeni modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib. Bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir.

Azərbaycanın neft tarixi

2022

Dekabrın 13-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku dənizə yola salınıb.

Azərbaycanın neft tarixi

2023

Fevralın 20-də Laçın şəhərində SOCAR-ın yanacaqdoldurma stansiyası istifadəyə verilib. Modul tipli stansiya Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub.