SOCAR Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxslə birgə əməkdaşlıq çərçivəsində, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən ailə təsərrüfatlarının inkişafını dəstəkləyir.
SOCAR, həmçinin istər səhiyyə, istərsə də sosial yönümlü müxtəlif layihələrdə yaxından iştirak edir. Şirkət, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində, 2009-cu ildən etibarən hər il Azərbaycan Talassemiya Federasiyası və Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə birlikdə, talassemiyalı uşaqlara yardım məqsədilə öz müəssisələrində “Donor günləri” keçirir, qanvermə aksiyaları təşkil edir.