İşə qəbul prosesi
SOCAR-da işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini nəzərə almaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçiririk. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, namizədlərin test imtahanlarında iştirakı (və/və ya digər yoxlama-ölçmə vasitələri ilə ("case study", açıq tipli tapşırıqlar və s.) qiymətləndirilməsi) və müsahibə və ya peşə sınaq imtahanı olmaqla 3 mərhələdən ibarətdir. SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda yaranan vakansiyaları mütəmadi olaraq saytın "Vakansiyalar" bölməsində elan edirik. Vakansiyalara müraciət edən namizədlərin ilkin seçimini isə vakansiyanın təsviri formasında qeyd olunan kvalifikasiya tələblərinə uyğun olaraq həyata keçiririk. İlkin seçimin nəticələrinə uyğun olaraq namizədləri müsabiqənin növbəti mərhələsi olan test imtahanına cəlb edirik. Test imtahanında qənaətbəxş nəticə göstərən namizədləri isə müsabiqənin yekun seçim (müsahibə və ya peşə sınaq imtahanı) mərhələsinə cəlb edirik.
Müsabiqənin bütün mərhələləri ilə bağlı vətəndaşın profilində qeyd etdiyi elektron poçt ünvanına və mobil telefonuna müvafiq bildirişlər göndəririk.