Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Loqodan istifadə qaydaları


"SOCAR" loqosunda alov dilləri əks olunub. Alov - Azərbaycanın mədəni irsinin qədim və önəmli rəmzidir.

Simvol

Alov - ümid, tərəqqi və sülhü ifadə edir.

Rəng

Mavi, qırmızı və yaşıl - Azərbaycan bayrağındakı rəngləri tərənnüm edir.

Loqo formatları

"SOCAR" loqosu çap və onlayn istifadə üçün fərqli formatlarda mövcuddur.

Mümkün hallarda şaquli və üfüqi versiyalar ağ və ya qara rəng üzərində dörd rəngli loqo kimi istifadə edilə bilər. Çap məhdudiyyətləri rəngdən istifadəyə imkan vermədiyi hallarda, loqo yalnız ağ və ya qara rəngdə istifadə edilməlidir.

Şaquli versiya

Bu versiya şaquli formatlar və ya ön fonda alov simvolunun istifadə edilməli olduğu hallar üçün nəzərdə tutulub.

Üfüqi versiya

Loqonun üfüqi versiyası sol tərəfdə alov simvolunu əks etdirir və hərflərin sırası ilə üfüqi şəkildə uzlaşdırılır. Bu standart versiya bütün media əlaqələri üçün istifadə edilə bilər ki, ölçüsü yerləşdirilmə və loqonun istifadəsi baxımından çox əlverişlidir.

Nisbətlər

Alov simvolunun şaquli versiyası 4 X, üfüqi versiyası isə 2 X-dir. X "A"-nın şaquli hündürlüyüdür.

Bütün versiyaların ilkin ölçülərinin eni 100 mm təşkil edir.