Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

İnzibati cəhətdən Pirallahı rayonunun tərkibinə daxil olan “Neft Daşları” yatağı Bakı şəhərindən 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Neft Daşları” ərazisində təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb.

Yataqda geoloji-kəşfiyyat işləri 1932-ci ildən aparılmağa başlanılıb. Abşeron arxipelaqı sahəsində aparılan elektrik kəşfiyyat işləri nəticəsində “Çilov” və “Neft Daşları” strukturlarının bir tektonik xətt üzərində yerləşdikləri müəyyən edilib. 1949-cu ildə geoloji quruluşu dəqiqləşdirmək məqsədilə barkasdan dayaz struktur quyuları qazılmağa başlanılıb.

1948-ci ilin dekabrında ilk tikinti dəstəsi “Transportnik” (Nəqliyyatçı) kateri ilə Pirallahı adasından “Qara Daşlar”a göndərilir, burada qazma briqadası üçün 14 m²-lik yaşayış yeri hazırlanır və qazma buruğunun tikintisi həyata keçirilir. 1949-cu ilin iyununda birinci kəşfiyyat quyusunun qazılması məqsədilə istismar müddəti başa çatan “Çvanov” gəmisi gətirilir və tələb olunan nöqtədə batırılır. Noyabrın 7-də quyuda neft fontan (gündəlik 100 ton hasilatla) vurur və bununla da, dünya tarixində açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulur. Azərbaycan Xəzər dənizinin açıq hissəsində neft yataqlarının işlənməsində birinciliyə imza atır. Yatağın ilk geoloqu Ağa Qurban Əliyev olub.

1949-1954-cü illərdə “Neft Daşları” və “Çilov” adası sahələrində ümumi həcmi 12.8 min m olan 373 quyu qazılıb. İlk axtarış-kəşfiyyat quyuları dənizin dərinliyi 3-4 m olan qumdaşlarının su səthinə çıxan hissəsində qazılmağa başladı. Sonradan dəniz özülləri nisbətən dərin yerlərdə quruldu. Yataqda geoloji-kəşfiyyat işlərinin əsas həcmi 1952-1956-cı illərdə aparılıb (85 quyu qazılıb); nəticədə QaLD, QA, QD, QÜQ, FLD lay dəstələri və MQ-ın üst şöbəsinin horizontları üzrə neft yığımları aşkar edilib konturlaşdırılıb. 1960-1975-ci illərdə yatağın Cənub-Şərq istiqamətində (IV və V tektonik blokları) kəşf edilmiş neft yığımlarının konturlaşdırılması məqsədilə ildə 2-3 quyu qazılırdı. “Neft Daşları” yatağında kəşfiyyat quyularının qazılması 1975-ci ilə qədər davam edib. 1990-cı ildən sonra yatağın V blokunda çox geniş neftlilik sahələrinə malik olan IX, X, QÜQ neftli laylarının neft-su konturlarının dəqiqləşdirmək məqsədilə 4 kəşfiyyat quyusu qazılıb.

2020-2022-ci illərdə “Həzi Aslanov-Palçıq Pilpiləsi-Neft Daşları” sahələrini əhatə edən 3D seysmik kəşfiyyat işləri aparılıb.

“Neft Daşları” yatağının işlənməsinin unikallığı ondan ibarətdir ki, bu yatağın timsalında heç yerdə istifadə olunmamış yeni üsullar tətbiq edilib. Buna görə də “Neft Daşları” açıq dənizdə ilk dəniz platforması kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub.

1951-ci illərdə adanı küləkdən və dalğalardan qorumaq üçün buraya “Xəzərtanker” və “Xəzərdonanma” müəssisələrinin balansından silinmiş əlavə 6 gəmi də gətirilərək yarıyacan batırılır və adanın ətrafında süni körfəz yaradılır. Gəmilərin kayutaları və anbarlarından qazma briqadasının üzvləri üçün yeməkxana, tibb məntəqəsi, yataq otaqları və başqa məqsədlər üçün istifadə edilir. Bu yerin ilk adı olan “Yeddi gəmi adası” da buradan yaranır. Sonradan bu süni ada-qəsəbə “Neft Daşları” adı ilə məşhurlaşır.

Uzunluğu 112 km, eni 2-6 km olan “Neft Daşları” yatağı 1951-ci ildə işlənməyə daxil edilib. Bu gün də “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən istismar olunur.

“Neft Daşları” Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur mərkəzidir. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə buradan ötürülür. Çıxarılan neft xüsusi sobalarda 35-40°-yə qədər qızdırıldıqdan sonra uzunluğu 70 km-dən artıq olan borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir. “Neft Daşları” ötən müddət ərzində əsrlərə bərabər yol keçərək nəhəng istehsal-yaşayış kompleksinə çevrilib. Burada 180 km-dən artıq estakada salınıb, 320-dən artıq istehsal meydançası quraşdırılıb, 100 km–lərlə neft, qaz, su kəmərləri çəkilib.

01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, yataq üzrə orta gündəlik neft hasilatı 2865 ton, su hasilatı isə 1555 m³ təşkil edir. İşlənmənin əvvəlindən 179 847 min ton neft, 81.678 min m³ su və 14 092 milyon m³ səmt qazı hasil edilib. Yataqda maksimal neft hasilatına (7,6 mln ton) 1967-ci ildə nail olunub və bu, ümumi hasilatın 4.5%-nə bərabərdir. Yataqda 1983 quyu qazılıb, bunlardan 432 quyu istismar quyu fondundadır.

Neft ehtiyatlarının tam mənimsənilməsi məqsədilə mövcud quyu fondu üzərində geoloji-texniki tədbirlər davam etdirilir, hasilatın sabit saxlanılması, neftçıxarma üsulunun təkmilləşdirilməsi və yeni quyuların qazılması işləri aparılır. Perspektiv sahələrdə 4 yeni özülün tikilməsi və yeni mövcud özüllər də nəzərə almaqla 80-90 quyunun qazılması planlaşdırılır.

“Neft Daşları” haqqında “Neft Daşları” sənədli filmi, “Möcüzələr adası”, “Qara daşlar”, “Xəzər neftçiləri haqqında povest”, “Dəniz fatehləri”, “Dənizdə möcüzə”, “İki Xəzər”, “Polad dirəklər üzərində şəhər”, “Neft Daşları - su üzərində şəhər” və digər filmlər çəkilib. Ceyms Bondun sərgüzəştləri silsiləsindən “Dünya kifayət deyil” (The World Is Not Enough) filminin bəzi kadrları burada lentə alınıb. Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə kimi dünya şöhrətli bəstəkarlar “Neft Daşları”na əsərlər həsr ediblər. Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tahir Salahov bu möcüzələr adasını tablolarda əks etdiriblər. “Neft Daşları”nda bu gün yaşayış binaları, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar və s. komplekslər fəaliyyət göstərir. Polad estakadalar üstündə ağaclar əkilib, park salınıb. “Neft Daşları”na Bakıdan kater və helikopterlə getmək mümkündür.

Yatağın geoloji xəritəsi işləndi, sənaye üsulu ilə işlənməsi planlaşdırıldı

1945-1948

1945-1948

Yatağın geoloji xəritəsi işləndi, sənaye üsulu ilə işlənməsi planlaşdırıldı

Qazılacaq ilk quyunun yeri müəyyənləşdirildi

1948 noyabr

1948 noyabr

Qazılacaq ilk quyunun yeri müəyyənləşdirildi

1 N-li kəşfiyyat quyusu qazıldı

1949 iyul

1949 iyul

1 N-li kəşfiyyat quyusu qazıldı

Neft quyusu fontan vurdu, dünyada açıq dənizdə neft çıxarmanın əsası qoyuldu

1949 noyabr

1949 noyabr

Neft quyusu fontan vurdu, dünyada açıq dənizdə neft çıxarmanın əsası qoyuldu

Neftlə dolu ilk tanker “Neft Daşları”ndan yola salındı

1951 fevral

1951 fevral

Neftlə dolu ilk tanker “Neft Daşları”ndan yola salındı

Estakadaların və estakadayanı meydançaların tikintisinə başlanıldı

1951

1951

Estakadaların və estakadayanı meydançaların tikintisinə başlanıldı

“Neft Daşları”na ilk vertolyot uçuşu həyata keçirildi

1960 iyun

1960 iyun

“Neft Daşları”na ilk vertolyot uçuşu həyata keçirildi

Rekord miqdarda – 7,6 milyon ton neft hasil edildi

1967

1967

Rekord miqdarda – 7,6 milyon ton neft hasil edildi

Ulu öndər Heydər Əliyevin iştirakı ilə “Neft Daşları”nın 25 illik yubileyi keçirildi

1975

1975

Ulu öndər Heydər Əliyevin iştirakı ilə “Neft Daşları”nın 25 illik yubileyi keçirildi

“Neft Daşları” – “Bahar” yataqları arasında 67 km uzunluğunda 20 düymlük qaz kəməri çəkildi

2007

2007

“Neft Daşları” – “Bahar” yataqları arasında 67 km uzunluğunda 20 düymlük qaz kəməri çəkildi

“Günəşli” yatağından “Neft Daşları”nadək 22 km uzunluğunda yüksək təzyiqli sualtı qaz boru kəməri çəkildi

2007

2007

“Günəşli” yatağından “Neft Daşları”nadək 22 km uzunluğunda yüksək təzyiqli sualtı qaz boru kəməri çəkildi

“Neft Daşları”nın 60 illik yubileyi qeyd olundu

2009

2009

“Neft Daşları”nın 60 illik yubileyi qeyd olundu

“Neft Daşları”nın 65 illik yubileyi qeyd olundu

2014

2014

“Neft Daşları”nın 65 illik yubileyi qeyd olundu

“Neft Daşları” NQÇİ 1 milyon tondan çox neft hasil edildi

2017

2017

“Neft Daşları” NQÇİ 1 milyon tondan çox neft hasil edildi

“Neft Daşları”nın 70 illik yubileyi qeyd olundu

2019

2019

“Neft Daşları”nın 70 illik yubileyi qeyd olundu