Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Təqaüd proqramı


03/07/2024

SOCAR “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə "Offshore Subsea Operations Technology" (Dənizdə sudibi əməliyyatların texnologiyası) və "Offshore Drilling Technology" (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə 2 illik təqaüd proqramına qəbul elan edir.

SOCAR tərəfindən:
✓ Təhsil haqqı;
✓ Aylıq 350 AZN məbləğində təqaüd;
✓ Təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin ediləcək.

Təqaüd proqramına kimlər müraciət edə bilər?

Proqrama müraciət etmək üçün namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

* Azərbaycan Respublikası vətəndaşı olmalı;
* Tam orta təhsilli olmalı;
* Xarici dil bilikləri olmalıdır. (türk dili C-1 və ingilis dili B-1 səviyyələri)

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Müsabiqə mərhələli olaraq keçiriləcəkdir:

✓ Proqrama müraciət mərhələsi (Zonguldak Bülent Ecevit Universitetinin müvafiq sistemi vasitəsilə)
✓ Dil biliyinin yoxlanması mərhələsi:
* İngilis və türk dili biliyinin yoxlanması imtahanı (İmtahanlar Zonguldak Bülent Ecevit Universitetinin əməkdaşları tərəfindən Bakıda təşkil ediləcəkdir.)
✓ Proqrama seçim və qəbul mərhələsi. (Seçim Zonguldak Bülent Ecevit Universitetinin tərəfindən aparılacaqdır)

Necə müraciət etmək olar?

Peşə məktəbi və ixtisaslarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

"Offshore Drilling Technology" ixtisası üzrə ətraflı məlumat ⤵️

🔗 https://cmyo.beun.edu.tr/madencilik-ve-maden-cikarma-bolumu/acik-deniz-sondaj-teknolojisi-programi.html

"Offshore Subsea Operations Technology" ixtisası üzrə ətraflı məlumat ⤵️

🔗 https://cmyo.beun.edu.tr/madencilik-ve-maden-cikarma-bolumu/acik-deniz-tabani-uygulamalari-teknolojisi-programi.html

Müraciət etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.⤵️

🔗 https://iso.beun.edu.tr/duyurular/zonguldak-bulent-ecevit-universitesi-ve-azerbaycan-cumhuriyeti-devlet-petrol-sirketi-socar-arasinda-06.06.2024-tarihinde-imzalanan-protokol-geregince-azerbaycanli-ogrenci-basvurusu.html

Müraciət qəbulunun son tarixi: 15 iyul 2024-cü il

*SOCAR Proqramın sonunda məzunların işə qəbulu ilə əlaqəli öhdəlik daşımır.

- Müraciət zamanı yaranan texniki problemlər və digər dəqiqləşdirmələr ilə bağlı suallar iso@beun.edu.tr e-poçtuna ünvanlana bilər.

- Proqramla bağlı əlaqə vasitələri:

Əlaqə nömrəsi: +994508410532 +994508410711
E-mail: academy@socar.az