Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Pre-kvalifikasiya


Pre-kvalifikasiya - satınalma prosesindən əvvəl həyata keçirilən ilkin qiymətləndirmə mərhələsidir. Pre-kvalifikasiya prosesi, satınalma prosesinin effektivliyini artırmaq, riskləri azaltmaq və ən uyğun tərəfdaşları seçmək məqsədilə tətbiq olunur.

Bu prosesin məqsədi - potensial təchizatçıların uyğunluğunu qiymətləndirmək, yalnız müəyyən edilmiş tələblərə cavab verən, etibarlı və səriştəli şirkətlərin SOCAR-ın Təsdiqlənmiş Təchizatçılar Siyahısına (TTS) daxil edilməsini təmin etməkdir. Bu proses, SOCAR-da e-tender rəqəmsal portalı üzərindən idarə olunur.

Həmçinin pre-kvalifikasiya prosesi ilə bağlı aşağıdakı sənədlərin məzmunu ilə tanış olmağı tövsiyə edirik.

Təchizatçı Təşkilatın Platformada Qeydiyyatı

Təchizatçı Təşkilat - Profilin Tamamlanması

Şifrənin yenilənməsi

SOCAR-ın Təchizatçısı olmaq

SOCAR olaraq, sektorumuzda yüksək keyfiyyətli xidmətlər və məhsullar təmin etmək məqsədilə güclü və etibarlı tərəfdaşlarla əməkdaşlıq qurmağa davam edirik. Potensial təchizatçıları SOCAR-ın təchizatçı şəbəkəsinə daxil olmaq üçün pre-kvalifikasiya prosedurandan keçməyə dəvət edirik. Bizimlə əməkdaşlıq etmək sizə uzunmüddətli işgüzar əlaqələr qurmağa imkan yaradacaq. Təchizatçımız olmaq üçün portalda qeydiyyatdan keçdiyinizə əmin olun. Portal sizə göndərilən sorğu vərəqələrini və qiymətləndirmənin nəticələrini izləməyə, həmçinin sorğu vərəqəsi ilə bağlı sualları bizim komandaya yönləndirməyə imkan verəcək.

Şirkətinizi qeydiyyatdan keçirin

Əgər portalda qeydiyyatınız mövcuddursa Daxil ol

Əlaqə

  • E-tender portalının texniki funksionallığı ilə bağlı çətinliklər və/və ya xətalara qarşılaşdıqda e-tender.support@socar.az elektron poçt ünvanına yazaraq və ya (012) 310 86 77 telefon nömrəsi ilə əlaqə saxlayaraq dəstək qrupuna müraciət edə bilərsiniz.
  • Bundan əlavə, pre-kvalifikasiya prosesinin gedişatı və/və ya sorğu vərəqəsi ilə bağlı hər hansı sualınız yarandığı halda, +99450 841 53 39 telefon nömrəsi ilə əlaqə saxlaya, WhatsApp Business üzərindən müraciət edə və ya əlavə məlumat üçün prequalification@socar.az elektron poçt ünvanına yaza bilərsiniz.