Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

"Azəriqaz" İB


SOCAR-ın mühüm struktur vahidlərindən biri olan “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycan Respublikası (AR) ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, onun paylanmasını və satışını həyata keçirir. İstehsalat Birliyinin fəaliyyəti, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün Azərbaycan ərazisini əhatə edir. Xarici ölkələrdə isə SOCAR-a aid olan qaz şəbəkələrinin istismarını şirkətimizin digər törəmə müəssisələri həyata keçirir.

Azərbaycanda qaz sənayesinin inkişafı və şəbəkənin genişləndirilməsi 1970-ci illərdən etibarən geniş vüsət alıb. 1971-ci ildə İran-Astara-Qazıməmməd-Qazax magistral qaz kəməri çəkilib, ölkənin şəhər və yaşayış məntəqələrinin qazlaşdırılmasına başlanılıb. 1983-cü ildə “Bаşqаz” İdаrəsinin bаzаsındа Dövlət Qаzlаşdırmа Kоmitəsi yаrаdılıb. 1989-cu ildə bu Komitə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsinə birləşdirilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsi, “Аzəriqаznəql” İB və Аzərbаycаn Еlmi-Tədqiqаt Lаyihə İnstitutu bаzаsındа “Аzəriqаz” Dövlət Şirkəti, 1996-cı ildə isə “Аzəriqаz” Qаpаlı Səhmdаr Cəmiyyəti (QSC) yаrаdılıb. 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа Sərəncаmı ilə “Аzəriqаz” QSC yеnidən təşkil оlunаrаq SOCAR-ın tərkibinə vеrilib və öz fəаliyyətini “Аzəriqаz” İB kimi bu gün də uğurla dаvаm еtdirir.

“Azəriqaz” İB-in məqsəd və məramı qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun olaraq, AR ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etmək, ətraf mühiti qorumaqla, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmaqdan ibarətdir.

“Azəriqaz” İB öz fəaliyyətində ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 10002 və ISO 50001 Beynəlxalq Standartları üzrə İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə edir və müasir texnika-texnologiyaların tətbiqinə böyük önəm verir, davamlı inkişafın təmin olunması məqsədilə “Planlaşdır–İcra et–Yoxla–İnkişaf etdir!” prinsipini əsas götürür.

"Azəriqaz" İB-in “104 Operativ Xidməti” çağrı mərkəzi müraciətlərinin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə hallarının qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə təşkil olunub. Çağrı Mərkəzi qəza halları (qaz sızması, dəm qazı, dəm qazından zəhərlənmə, partlayış, yanğın) barədə daxil olan müraciətlərin operativ şəkildə qəbul edilərək aidiyyəti üzrə ötürülməsi, “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı sualların (sorğuların, habelə elektron müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, şikayət və təkliflərin qəbulu və yönləndirilməsi istiqamətində növbəlilik əsasında fasiləsiz iş rejimində fəaliyyət göstərir. Növbə ərzində FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112 zəng mərkəzi” ilə daim qarşılıqlı məlumat mübadiləsi aparılır. Qeyd edək ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində Çağrı Mərkəzinə stasionar və mobil telefonlardan "104" nömrəsinə, respublikanın digər regionlarında mobil telefonlardan "(012)104" nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

“Azəriqaz” SOCAR-ın balansına verilən vaxtdan bəri 54.848 km-lik qaz xətləri çəkilib, 11.032 km-lik boru xətti təmir olunub, 1.668 yaşayış məntəqəsinə təbii qaz verilib. 01 iyun 2022-ci il tarixinə olan məlumata görə, işğaldan azad edilən yaşayış məntəqələri istisna olmaqla, ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3% təşkil edir.

Son illər qazlaşdırma sahəsində işlər daha geniş vüsət alıb, qaz təsərrüfatının müasirləşməsi və yenidən qurulması üçün bir sıra layihələr və tədbirlər həyata keçirilir. Yeni yaşayış sahələri qazlaşdırılan zaman şəbəkənin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Qazlaşdırma prosesinin daha asan və təkmil aparılması, müştəri məmnuniyyətinin yaxşılaşdırılması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə genişmiqyaslı tədbirlər keçirilir. “ASAN xidmət” mərkəzlərindəki innovativ metodlar vətəndaşların vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. 2014-cü ildən “ASAN xidmət” mərkəzlərində, 2016-cı ildən isə “ASAN kommunal” mərkəzlərində Birlik tərəfindən vətəndaşlara xidmət göstərilir.

SOCAR tərəfindən qaz infrastrukturunun yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB tərəfindən yeni layihələr üzərində intensiv iş aparılır.