Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Cənubi Qafqaz Boru Kəməri


Cənubi Qafqaz Boru Kəməri (CQBK) 692 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 249 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,41 milyard m³ təşkil edib.

CQBK-nın genişləndirilməsi

"Cənub Qaz Dəhlizi"nin ikinci seqmenti olaraq "CQBK-nın genişləndirilməsi" layihəsi həyata keçirilib. Bu layihə Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstan ərazisində 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni boru kəmərinin uzunluğu təqribən 489 km təşkil edir (Azərbaycan ərazisində – 424 km, Gürcüstan ərazisində – 63 km, TANAP arabağlantısında – 2 km). Boru kəməri 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlayıb.

Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m³ artırılaraq, ümumilikdə, 24,04 milyard m³ səviyyəsinə çatdırılıb. Gələcəkdə CQBK sisteminin ötürmə qabiliyyəti 34 milyard m³ səviyyəsinə çatdırıla bilər.

Cənubi Qafqaz Boru Kəmərinin səhmdarları: