Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR Petroleum SA Rumıniya

SOCAR 2011-ci ildə törəmə şirkəti “SOCAR Petroleum S.A.” şirkəti vasitəsilə Rumıniya bazarına daxil olub və ölkə üzrə yanacaqdoldurma stansiyaları şəbəkəsini inkişaf etdirib. Beləliklə, şirkət Rumıniyada yanacaq paylama bazarının mühüm oyunçularından birinə çevrilib. İndiyədək SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayələr nəticəsində 800-ə yaxın iş yeri yaradılıb ki, bu da davamlı olaraq artır.

SOCAR Rumıniyanın 41 regionundan 29-da 75 YDS şəbəkəsinə malikdir. “SOCAR Petroleum S.A.”nın 4 anbarı mövcuddur: Teiuş, Oneşti, Konstansa və Ploieşti. Anbarların ümumi tutumu təxminən 40.000 kubmetr təşkil edir.

“SOCAR Petroleum S.A.” yanacaq və bitum sahəsində geniş çeşiddə məhsul və xidmətlər təklif edir və Rumıniyanın yanacaq paylanması və neft-kimya məhsulları bazarında mühüm oyunçulardan birinə çevrilib.

Yanacaqdoldurma stansiyalarında fəaliyyət göstərən “Cafe Nar” qonaqpərvərlik nümayiş etdirən yolüstü bir məkandır və burada Azərbaycan kaloritləri ilə - qumda hazırlanan qəhvə, çay və nar şirəsi vasitəsilə Azərbaycan ənənələri ilə tanış olmaq mümkündür.