Rusiya
SOCAR RUS
2013-cü ildə SOCAR-ın törəmə müəssisəsi kimi yaradılmış “SOCAR RUS” MMC Rusiya Federasiyası ərazisində neft, neft məhsulları və mayeləşdirilmiş neft qazının (LPG) ticarəti ilə məşğul olur.
Şirkət Sankt-Peterburq Fond Birjasında akkreditasiyaya malikdir ki, bu ona birja hərraclarında iştirak etmək imtiyazı verir.
“SOCAR RUS” daxili enerji bazarında istehlakçılara mütəxəssis xidmətləri təqdim edir.
“SOCAR RUS” MMC dövlət sifarişləri əsasında neft məhsullarının tədarükü üzrə tenderlərdə fəal iştirak edir. Bundan əlavə, şirkət “SOCAR Polymer” MMC və “Azərikimya” İB zavodlarında istehsal olunan polimer məhsulları, habelə Rusiya Federasiyası və Gömrük İttifaqına daxil olan ölkələrdə üçüncü tərəf istehsalçılarının məhsullarını bazara çıxarır.
Şirkət tibb, avtomobil nəqliyyatı, tikinti, kommunal xidmətlər və s. kimi sənaye sahələrinin istehsalçılarını yüksək keyfiyyətli polimer məhsulları ilə təmin edir.
Eyni zamanda, Rusiya bazarında neft və neft məhsulları üzrə ticarət fəaliyyəti həyata keçirir. “SOCAR RUS” Rusiya Federasiyasının 50-dən çox regionunda və Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiyada istehlakçıların neft məhsullarına, eləcə də yüksək keyfiyyətli polimerlərə olan tələbatını ödəməyə dəstək göstərir.
“SOCAR RUS” MMC onillik davamlı inkişafı ərzində özünü çoxsaylı sənaye müəssisələri üçün etibarlı tərəfdaş kimi təsdiq edib. Bu uğur şirkətin coğrafi mövqeyinin bütün regionda genişlənməsi ilə mümkün olub.
Şirkət minə yaxın müqavilənin icrası üçün 700-dən çox tərəfdaşla səmərəli əməkdaşlıq edir.
Həmçinin, 2023-cü ildən etibarən SOCAR Qrupu ilə Avrasiya İqtisadi İttifaqının əsas korporasiyaları, aparıcı universitetləri və ictimai təşkilatları arasında əlaqələrin qurulması və genişləndirilməsini, həmçinin yeni layihələrin icrasına başlamasını fəal şəkildə təşviq edir.
Biznes icmaları və ictimai təşkilatlar ilə işgüzar əlaqələrin qurulması və davam etdirilməsinin təmin edilməsi şirkətin diqqət mərkəzindədir.
“SOCAR RUS”un nümayəndələri müxtəlif beynəlxalq və regional forumlarda, sərgilərdə, dəyirmi masa müzakirələrində fəal iştirak ediblər.
Mühüm tədbirlər:
- XXVI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu;
- XV Beynəlxalq İqtisadi Forum “Rusiya – İslam Dünyası: Kazan Forumu”;
- Tatarıstan Neft və Qaz Kimya Forumu – 2023;
- Sankt-Peterburq Beynəlxalq Qaz Forumu və s.
Şirkət İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin (NRU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rəhbərliyi və tələbələri ilə də bir sıra görüşlər keçirib. 2023-cü il oktyabrın 6-da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan pavilyonunda “SOCAR RUS” MMC Azərbaycan Respublikasında qeyd olunan “Neftçilər Günü”nü və şirkətin Rusiya Federasiyasında onillik fəaliyyətini qeyd edib.