Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Şabandağ


Bakı şəhərindən 9 km şimal-qərb istiqamətində yerləşən “Şabandağ” neft yatağı 1945-ci ildə istismara daxil olub. Yatağının geoloji quruluşu Abşeron çöküntülərindən Akçağil mərtəbəsindən və Məhsuldar qatdan ibarətdir. “Şabandağ” yatağı tektonik baxımdan asimmetrik quruluşa malikdir. Hazırda yataq işlənmənin son mərhələsindədir və çıxarıla bilən neft ehtiyatının böyük bir qismi (82%) hasil olunub.

İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək yataqda 96 quyu qazılıb, 1 milyon 323.7 min ton neft, 110.1 milyon m³ qaz hasil edilib. Hazırda yatağın istismar fondunda 6 quyu var ki, bunun 3-ü işləkdir.

Yataq “Binagadi Oil Company” şirkəti tərəfindən istismar olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən, operator qismində fəaliyyət göstərir. Saziş 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minib.