Tez-tez soruşulan suallar
Pre-kvalifikasiya qiymətləndirməsindən keçməklə hansı üstünlüklər əldə etmiş oluram?
Pre-kvalifikasiya qiymətləndirməsindən uğurla keçmiş təchizatçı SOCAR-ın Təsdiqlənmiş Təchizatçı Siyahısına əlavə edilir. Təsdiqlənmiş təchizatçılar, "E-tender" portalı üzərindən keçirilən müvafiq satınalmalarda SOCAR tərəfindən göndərilən fərdi dəvətlər əsasında iştirak etmək hüququ əldə edirlər.
Pre-kvalifikasiya prosesinə cəlb olunmaq üçün təchizatçıdan nə tələb olunur?
Pre-kvalifikasiya prosesinə cəlb olunmaq üçün təchizatçı E-Tender portalında hesab yaradaraq fəaliyyət növlərini və digər zəruri məlumatları qeyd etməli və ya prequalification@socar.az e-poçt ünvanına şirkətin adı, VÖEN-i və fəaliyyət sahəsi barədə qısa məlumat göndərməlidir.
Təchizatçının fəaliyyət sahəsinə uyğun kateqoriya SOCAR-ın kateqoriyalar siyahısında mövcud olmadığı halda nə etməlidir?
Təchizatçı müvafiq sahəyə uyğun yeni kateqoriya və ya alt-kateqoriya əlavə olunması ilə bağlı təklifini prequalification@socar.az e-poçt ünvanına göndərməklə müraciət edə bilər.
E-tender portalında qeydiyyatdan keçmiş təchizatçı hansı müddət ərzində pre-kvalifikasiya prosesinə cəlb olunur?
E-tender portalından qeydiyyatdan keçmiş və hesabında fəaliyyət sahələrini qeyd etmiş bütün təchizatçılar ən geci 5 (beş) iş günü ərzində pre-kvalifikasiya prosesinə cəlb olunacaqdır.
Pre-kvalifikasiya zamanı təchizatçı hansı suallara cavab verməlidir?
- Təchizatçı haqqında məlumat,
- Uyğunluq,
- Maliyyə vəziyyəti,
- Təcrübə,
- Keyfiyyət,
- Sağlamlıq və əməyin təhlükəsizliyi,
- Ətraf mühitin mühafizəsi
sahələri üzrə suallara cavab verilməsi nəzərdə tutulur.
Pre-kvalifikasiya prosesi nə qədər davam edir?
Pre-kvalifikasiya qiymətləndirilməsi üçün tələb olunan bütün sənədlər və məlumatlar tam şəkildə təqdim edildiyi halda, proses 40 (qırx) iş günü müddətində həyata keçirilir.
Təchizatçının TTS-ə daxil edilməsi üçün pre-kvalifikasiya nəticəsi hansı hallarda uyğun hesab olunur?
Maksimal 100 (yüz) baldan ən azı 50 (əlli) bal toplamış və minimal qəbul meyarlarına qarşılayan təchizatçılar TTS-ə daxil edilir.
Pre-kvalifikasiya nəticələri necə bildirilir?
Pre-kvalifikasiya qiymətləndirməsinin nəticələri təsdiqləndikdən sonra təchizatçının portalda qeydiyyatdan keçdiyi e-poçt poçt ünvanına məktub göndəriləcəkdir.
Pre-kvalifikasiyanı uğurla keçmiş təchizatçılar yenidən qiymətləndirməyə cəlb ediləcəklərmi?
TTS-ə daxil edilmiş Təchizatçılar dövri əsasda təkrar pre-kvalifikasiya prosesinə cəlb ediləcəklər.
Pre-kvalifikasiya nəticələrim uğursuz olsa nə etməliyəm?
Pre-kvalifikasiya nəticələri uğursuz olan təchizatçılara Q&A (sual-cavab) bölməsi vasitəsilə müvafiq hesabat təqdim olunur. Hesabatda təchizatçının ümumi və bölmələr üzrə topladığı ballar əks etdirilir. Bununla yanaşı, inkişaf etdirilməsi və diqqət yetirilməsi zəruri olan sahələr üzrə tövsiyələr verilir. Eyni zamanda, təchizatçılar müəyyən edilmiş müddət ərzində yenidən pre-kvalifikasiya prosesinə cəlb olunurlar.
Pre-kvalifikasiya mərhələsindən uğurla keçən şirkətlər tenderdə daha üstün şanslara malikdirmi?
Pre-kvalifikasiya satınalma müsabiqəsi öncəsi SOCAR-ın qeyri-şərtsiz bütün potensial təchizatçılarının keçməli olduqları ilkin qiymətləndirmə mərhələsidir və Təsdiqlənmiş Təchizatçı Siyahısına salınan bütün təchizatçılar bir-birindən heç bir üstülük və/və ya imtiyazla fərqləndirilmir.