Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Postsovet ölkələrinin bazar potensialından bəhrələnən SOCAR, Gürcüstandan sonra 2008-ci ildə Ukraynada öz nümayəndəliyini açıb. Məqsəd dost ölkə ərazisində neft və qaz məhsulları, eləcə də xammalın topdan və pərakəndə satışını həyaya keçirməkdir. 2010-cu ildə şirkət ölkənin topdansatış bazarına daxil olaraq müxtəlif sektorlardan yerli müəssisələri neft-qaz məhsulları ilə təmin etməyə başlayıb. Şirkət Ukraynaya qaz idxal edən SOCAR Ukrayna Ticarət Evi (“SOCAR Ukraine Trading House”) ilə əməkdaşlıq çərşivəsində bu ölkənin ərazisində uğurla fəaliyyət göstərir.

2011-ci ildə Nikolayev və Odessa vilayətlərində "SOCAR" brendi altında 7 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayaraq pərakəndə biznesin təməli qoyulub. 2012-ci ildə isə “SOCAR Energy Ukraine” (bundan sonra “SOCAR Ukrayna”) neft-qaz məhsullarının daşınması məqsədilə “SOCAR Trans” şirkətini yaradıb. Bu şirkət həm də Ukraynanın iri qaz idxalçısıdır. 2017-ci ildə şirkət ölkənin topdansatış təbii qaz bazarına daxil olub. Tezliklə Ukraynanın qaz idxalı üzrə liderinə çevrilib, təkcə 2017-ci və 2018-ci illərdə 1 milyard m³-dən çox qaz idxal edərək ayrı-ayrı müəssisələrin tələbatını təmin edib.

2014-cü ilin oktyabrında, açılışından cəmi 3 il sonra ölkə ərazisində “SOCAR Ukrayna” şirkətinin 40 YDM-i fəaliyyət göstərirdi. Bu göstərici 2020-ci ilin əvvəlinə, 13-ü Kiyev vilayətində olmaqla, 60 YDM-ə çatıb.

"SOCAR" brendi iə fəaliyyət göstərən YDM şəbəkəsi müştərilərinə Avropa standartlarına uyğun yüksək keyfiyyətli “Nano” markalı dizel, 95 və 98 oktanlı benzin, eləcə də LPG təklif edir. “SOCAR Ukrayna”nın YDM-lərində təklif edilən "Nano" markalı yanacağın özəlliyi ondadır ki, mühərrikin işini asanlaşdırır, yanacaq sistemini korroziyadan qoruyur, daha çox məsafənin qət edilməsinə və tullantı həcminin azalmasına imkan verir.

YDM-lərdə müştərilər 24 saat fasiləsiz internet, mobil telefonları enerji ilə təmin etdirmək, havalimanına yaxın YDM-lərdə uçuş haqqında məlumat əldə etmək kimi xidmətlərdən istifadə edə, “Buta Cafe"-nin ləziz yemək və içki çeşidlərindən dada bilərlər. Sürücülər “SOCAR Pay” proqramı ilə maşını tərk etmədən ödəniş həyata keçirə və “SOCAR Level” loyallıq kartı ilə bonuslardan yaralana bilərlər.

Qeyd etdiyimiz kimi, “SOCAR Ukrayna” ölkənin neft və qaz məsullarının topdan satış biznesində lider şirkətlərindən biridir. Şirkət Avropanın ən böyük ölkəsi sayılan Ukraynanın istənilən nöqtəsinə istər kiçik, istərsə də böyük müəssisələrə arzu edilən həcmdə məhsul çatdırmağa qadirdir. Sifariş təsdiqlənəndən dərhal sonra, çatdırılma ünvanından asılı olaraq, yanacaq Odessa, Kiyev, Xarkov, Lvov və Vinnitsa şəhərlərində yerləşən neft bazalarından yük avtomobillərinə, dəmir yol vaqonlarına və ya tankerlərə (Odessadan) yüklənərək tez bir zamanda çatdırılır.

“SOCAR Ukrayna” özünü etibarlı şirkət kimi təqdim edə bildiyi üçün Ukrayna dövlətinin bir çox iri tenderlərini qazanıb.

SOCAR, “SOCAR Ukrayna” şirkəti vasitəsilə, Azərbaycanda olduğu kimi, dost ölkə Ukraynada da dayanıqlı inkişafa davamlı olaraq töhfə verir, internatlara yardımlar edir və kimsəsiz uşaqların təhsilinə dəstək olur. Bundan əlavə, Lvov şəhərində xərçəngdən əziyyət çəkən uşaqlara yardım edilməsini və bayram günlərində hədiyyələrlə təmin olunmasını təşkil edir.

Azərbaycan mədəniyyətinin təbliği məsələləri də Ukraynadakı şirkətimizin diqqət mərkəzindədir. Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Kiyev şəhərində, eləcə də İrpen şəhərində görkəmli oftalmoloq Zərifə Əliyeva adına parklar salınıb. Ukraynada Azərbaycan dilinin inkşafı məqsədilə Kiyevin Milli Lingvistika Universitetində Heydər Əliyev adına Azərbaycan dilinin öyrənilməsi mərkəzi açılıb. Lvov şəhərinin mərkəzində UNESCO tərəfindən qorunan Opera binasının önündəki fəvvarə və meydanın rekonstruksiyası həyata keçirilib.

"SOCAR Ukrayna" haqqında tanıtım videoçarxı: