Please ensure Javascript is enabled for purposes of website accessibility

SOCAR-ın prezidenti "PETROCI Holding"in baş direktoru ilə görüşüb


07/07/2026

7 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşüb.

Görüşdə SOCAR və “PETROCI Holding” arasında “Baleine” neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.