"Top level" menecerlər üçün nəzərdə tutulan inkişaf proqramı yeni müasir yanaşmalardan istifadə etməklə liderlik üzrə bilik və bacarıqların artırılmasını, o cümlədən SOCAR-da vahid liderlik mədəniyyətinin formalaşdırılmasını təmin etməyi hədəfləyir. Digər tərəfdən inanırıq ki, bu proqramın tətbiqi rəhbərlər arasında qərarvermə, komandanın idarəedilməsi, risklərin və dəyişikliklərin idarəedilməsi kimi bacarıqlarının təkmilləşdirilməsini təmin etməklə təşkilati strategiyanın uğurla tətbiq olunmasına təkan verəcək.
Proqram Bakı Ali Neft Məktəbi və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir. 2023-cü ilin sonunadək 4 modul üzrə 100 nəfərədək strateji rəhbərin proqramda iştirakı baş tutmuşdur. Təlimlər geniş akademik və korporativ təcrübəyə malik olan beynəlxalq təlimçilər tərəfindən həyata keçirilir.