Yekunda seçim mərhələsindən müvəffəqiyyətlə keçən işçilərlə əmək münasibətlərini rəsmiləşdirmə prosesinə başlayırıq. Bunun üçün işçinin təqdim etdiyi sənədlərin əsli ilə uyğunluğunu yoxlayır və qanunvericiliklə müəyyən olunmuş qaydada tərəflər arasında əmək müqaviləsi və şirkətdaxili əmr ilə rəsmiləşdiririk.
Əmək müqaviləsi bağlanarkən işçi mütləq qaydada şəxsiyyət vəsiqəsi, əmək kitabçası (ilk iş yeri olanlar istisna olmaqla), diplom (xarici təhsil haqqında diplomun ekvivalentliyinin müəyyənləşdirilməsi barədə sənəd) və sertifikatlar, hərbi bilet və s. kimi sənədləri işə götürənə təqdim edir. Həmçinin, iş yeri ilə tanışlıq və adaptasiya müddətində də İR komandamız, təhkimçi rəhbərlərimiz və mentorlarımız tərəfindən yeni işçilərə bütün lazımi dəstəyi göstəririk.