Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Yekun seçim


SOCAR olaraq yekun seçim mərhələsini vakansiyasının xüsusiyyətlərindən asılı olaraq müsahibə və ya peşə sınaq imtahanı formatında həyata keçiririk. Yekun seçim mərhələsini namizədin sahə üzrə bilik və bacarıqlarının və davranış səriştəliklərinin vakansiyanın tələblərinə, həmçinin şirkətin korporativ ruhuna və dəyərlərinə uyğunluğunu yoxlamaq məqsədi ilə təşkil edirik.

Müsahibələrimizi panel müsahibə formatında olmaqla sahə üzrə və insan resursları üzrə mütəxəssislərin iştirakı ilə həyata keçiririk. Müsahibədən fərqli olaraq peşə sınaq imtahanlarımızda namizədin nəzəri bilikləri ilə yanaşı işin spesifikasından asılı olaraq əvvəlcədən müəyyənləşdirilmiş alətlər, qurğular və ya mexanizmlər üzərində peşə vərdişlərini praktiki tapşırıqlar vasitəsilə dəyərləndiririk.

SOCAR-da yekun seçim mərhələsindən uğurla keçmək istəyən namizədlərə aşağıdakıları tövsiyə edirik:

  • Vakansiyaya müraciət etməzdən (elektron müraciət formasını doldurmazdan) əvvəl vakansiyanın təsviri formasını diqqətlə oxuyub, tələblərlə tanış olun.
  • SOCAR və ya onun müraciət etdiyiniz müəssisə və ya təşkilatı, onun təyinatı, yerinə yetirdiyi işlər, layihələr haqqında geniş məlumat toplayın.
  • Şəxsi keyfiyyətlərin və davranış xüsusiyyətlərinin müəyyənləşdirilməsinə əsaslanan müsahibə formatı haqqında internet araşdırması aparın.
  • Öz bilik və bacarıqlarınızla bağlı realist olun. İddialı olmaqdan qorxmayın. Əldə edə biləcəkləriniz, hədəfləriniz və özünüzü bir neçə il sonra harda görmək istədiyiniz haqqında düşünün.
  • Geyiminizə diqqət yetirin. Professional görkəm, sizin haqqınızda müsbət ilkin təəssürat formalaşdırır.
  • Dəvət edilmiş müsahibə və ya peşə sınaq imtahanına elektron poçt ünvanınıza göndərilən dəvət bildirişində siyahı ilə qeyd edilən bütün sənədləri özünüzlə gətirin. Hər hansı çatışmayan sənəd sizin imtahana buraxılmamağınıza səbəb ola bilər.